Günəş tutulması zamanı quşların qəribə davranış sərgilədiyi üzə çıxdı - ARAŞDIRMA
Quşların tam Günəş tutulması zamanı qəribə davranış sərgilədiyi aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı araşdırma “Scientific Reports” elmi jurnalında yayımlanıb.
Aparılan araşdırma göstərib ki, tam Günəş tutulması zamanı quşlar səssizliyə bürünür. Bu hal yalnız Günəşin 99 faizdən çox hissəsi örtüldükdə müşahidə olunur.
Alimlər 344 cihazla tutulma öncəsi və sonrası quş səslərini qeydə alıblar. Nəticədə quşların yalnız ciddi qaranlıq zamanı susduğu məlum olub.
Bəzi bölgələrdə isə eyni növ quşların fərqli reaksiya verdiyi müşahidə olunub. Bu davranış fərqlərinin səbəbi hələ müəyyən edilməyib.