Güney Azərbaycanı təmsil edən dörd təşkilat – Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkəti (AZOH), Güney Azərbaycan Demokrat Partisi (GADP) – Güney Azərbaycanı təmsil edən dörd təşkilatın Zəngəzur yolu ilə əlaqədar rəsmi Tehranın apardığı təbliğata etiraz olaraq yaydığı birgə bəyanat yayıb.
Yenicag.az xəbər verir ki, bəyanatda son günlərdə Rusiya hökuməti rəsmilərinin Zəngəzur bölgəsi vasitəsilə Şimali Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqələrin açılmasının zəruriliyi ilə bağlı çıxışlarından sonra, “Zəngəzur dəhlizi” adı ilə bilinən bu layihə ilə bağlı İran İslam Respublikası və fars (tacik) müxalifətində yenidən anti-Azərbaycan anti-Türk təbliğatının gücləndiyi vurğulanıb.
Bildirilib ki, bu təbliöatın genişlənməsinin əsas səbəbi türk birliyidir:
“Onlar yaxşı bilirlər ki, ölkə daxilində “Türk məsələsi” başda olmaqla, qeyri fars xalqların haqları ilə bağlı ciddi problem var. Güney Azərbaycandakı Türk xalqı və İranın digər bölgələrdə yaşayan Türklər, Türk dünyası ilə güclü maddi və mənəvi bağlar qurarsa, fars hegemoniyası üçün artıq sonu gələcək və nəticədə Türk xalqı və digər məzlum xalqların haqları bərpa edilməli olacaq. Onlar yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin qarşısını almaq üçün Ermənistana ehtiyacları var, lakin Ermənistan artıq İrandan üz çevirib, çünki Ermənistan da bu məsələlərdə İran rejiminin heç bir gücünün olmadığını bilir. Buna görədir ki, İran İslam Respublikası və sözdə fars müxalifəti Azərbaycanın və Türk millətinin əleyhinə belə bir təbliğat kampaniyası aparırlar, hansını ki, bu qədərini ancaq İkinci Qarabağ müharibəsində görmüşdük. Lakin onların hər sözündən bəlli olur ki, əsas qorxuları ölkə daxilindədir, xaricdə deyil”.
“Bu şəraitdə biz, Güney Azərbaycan siyasi təşkilatları, Şimali Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistanın verdiyi öhdəliklər və Azərbaycanın Zəngəzur üzərindəki tarixi haqqı əsasında, Azərbaycanın Naxçıvana keçid yolunu açmağa tam haqqı olduğunu vurğulayırıq”, – deyə bəyanatda qeyd edilib.
www.yenicag.az