Günümüzün ACI TRENDİ: “Onun yazdığı mahnıdan necə ilhamlanmaq olar?”
“Canlı ifanın, sənətkarın ruhunun və o anlıq duyğunun yerini heç nə verə bilməz. Bir muğamı və ya təsnifi dinləyərkən ifaçının nəfəsini hiss etmək, onunla eyni hissləri bölüşmək həqiqətən də başqa bir aləmdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış muğam ifaçısı, Xalq artisti Simarə İmanova deyib.
O, “son günlərin trendinə çevrilən süni intellektlə yazılan musiqilərə münasibətiniz necədir” sualını belə cavablandırıb:
“Canlı ifanın, sənətkarın ruhunun və o anlıq duyğunun yerini heç nə verə bilməz. Bir muğamı və ya təsnifi dinləyərkən ifaçının nəfəsini hiss etmək, onunla eyni hissləri bölüşmək həqiqətən də başqa bir aləmdir. Adı üstündədir də – süni intellekt. Yəni hər şey canlı olanda daha gözəldir. Süni intellektə çox pis baxıram. Bir var, hansısa musiqini, təsnifi, muğamı canlı şəkildə hansısa bir ifaçı, xanəndə, yaxud da müğənni ifa etsin və sən ona qulaq asasan… Bir də var, bilmirsən oxuyan kimdir, nəçidir… Yəni süni şəkildə yaranan nəyəsə qulaq asacaqsan. Belə olan halda sən ondan necə ilham ala bilərsən? Hər ifaçının öz dinləyici kütləsi var. İnsanlar sevdiyi sənətkara qulaq asanda ilham alır, feyzyab olur. Süni intellektdən necə ilhamlana, ondan necə zövq ala bilərsiniz?”.
Cəvahir













