Gürcü Dram Teatrının təsisçisi və direktoru vəfat etdi

media-hightechnic-468x90

Qax Dövlət Gürcü Dram Teatrının təsisçisi və direktoru Anzor Dolencaşvili vəfat edib.

Yenicag.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.

Gürcüstan patriarxı II İlya, Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti A.Dolencaşvilinin vəfatı ilə başsağlığı yayıb.

Qeyd edək ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. 2020-ci ildə teatrın 40 illik yubileyi qeyd edilib.

1980-1981-ci illərdə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndinin Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Daha sonra A.Dolencaşvili İlya Çavçavadze adına Gürcü Peşəkar Teatrı təsis edib. Hazırda teatrın truppası 20 nəfərdən ibarətdir.

A.Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600