Gürcüstanda matəm elan olundu

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin qərarında deyilir. Həmin gün Batumidəki “Leogrand” otelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsi yad ediləcək.

Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, ötən gün sözügedən oteldə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

COP29