Məqalədə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlıq münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə qalxması ilə bağlı müqavilənin imzalanması hər iki dövlət üçün çox mühüm hadisə olduğu qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.
Ortaq tarixə, mədəniyyətə, adət-ənənəyə, dinə malik olan Azərbaycan və Özbəkistan arasında münasibətlər günü-gündən yüksələn xətlə inkişaf edir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən dost və qardaş Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı strateji tərəfdaşlıq münasibətlərinin rəsmən müttəfiqlik səviyyəsinə qalxması ilə bağlı müqavilənin imzalanması çox mühüm hadisədir.
Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında hər sahədə yüksək səviyyədə olan münbasibətlər media sferasında da günü-gündən inkişaf edir: Media nümayəndələrinin qarşılıqlı səfərləri bu münasibətləri daha da gücləndirir. Bu yaxınlarda Özbəkistan Jurnalist İttifaqı ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum iki ölkə mətbuatı üçün çox önəmlidir. Bundan sonra da Azərbaycan və Özbəkistan jurnalistləri istər öz aralarında, istərsə də beynəlxalq aləmdə bərabər addımlayacaqlar”.
Həmin məqaləni buradan oxuya bilərsiniz.
www.yenicag.az