Hakerlər FTB-nin elektron poçt sistemini qırdı

media-hightechnic-468x90

Hakerlər ötən gecə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xarici e-poçt sistemini sındırıblar.

Yenicag.az məlumatına görə, bu barədə FTB-nin açıqlamasına istinadən “Bloomberg” agentliyi xəbər verib.

Qurumun açıqlamasında deyilir: “Bu, hazırkı vəziyyətdir və biz əlavə məlumat verə bilmərik”.

Agentliyin məlumatına əsasən, spam və digər kibertəhlükələri izləyən “Spamhaus” layihəsinin iştirakçıları hakerlərin büronun elektron poçtu vasitəsilə on minlərlə kiberhücum xəbərdarlığı barədə məktub göndərdiklərini bildirdilər.

İlkin məlumatlara görə, söhbət məxfi olmayan məlumatların mübadiləsi və ötürülməsi üçün istifadə edilən xarici e-poçt ünvanından gedir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600