!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Hamı ağlayırdı" - İlan boğan Renkanın vəziyyəti pisləşib

!Reklam – Yazi

ARB TV-nin “Səhər-Səhər” verlişində ilanla rəqs edərkən az qala boğulan Renkanın qohumları həyəcan keçirib.

Yenicag.az-a açıqlama verən rəqqasənin köməkçisi onun güclə özünə gəldiyini deyib:

“Renka əslində qorxaq qız deyil, hər zaman risqli addımlar atmağa öyrəşib. Sadəcə olaraq, bu dəfə gözlənilməz vəziyyət yarandı, rəqs edərkən ilan onun boğazına dolanmağa başladı. O rəqsini sona qədər davam etdirmək istəsə də, mümkün olmadı. Ürəyi gedəcəkdi. Qohum-əqrəba, dost-tanış həyəcan içində zəng edir, ağlayırdılar. Qız indi-indi özünə gəlir. Yaxşı ki, qızı verilişə baxmayıb. Ümumiyyətlə, o uşağını iştirak etdiyi verilişlərə baxmağa icazə vermir. İstəmir uşaq həyəcan keçirsin”.

Qeyd edək ki, verilişə ilanla gələn rəqqasə Rəna boğulmaq təhlükəsi ilə üzləşib. Belə ki, boynuna doladığı ilan onu boğmağa başlayıb. Rəqqasəyə dərhal yardım göstərilib.

Cəvahir

COP29

www.yenicag.az

7520
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv