Hamilə qadın özünü çaya atdı - Azərbaycanda dəhşətli intihar

media-hightechnic-468x90

Ağdaşda intihar hadisəsi baş verib.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 03:00 radələrində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü rayon ərazisindən keçən Türyançay çayına atıb. Nəticədə qadın boğularaq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.İslamova yeddi aylıq hamilə imiş.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600