Hansı şəhərlər təhlükəlidir?

media-hightechnic-468x90

lllllllSwiss Re sığorta şirkəti 616 iri şəhərdə fəlakətlərin təhlilini apararaq reytinq cədvəli tərtib edib. Hər bir şəhərdə qasırğa, sunami, daşqın və zəlzələ kimi təbiət hadislərinin miqyası nəzərə alınıb. Həmçinin insan itkisi amili də əsas götürülüb. Nəticədə təbii fəlakət riskinin çox olduğu şəhərlərin reytinqi hazırlanıb.

Tehran, İran

15,6 milyon insan təbii fəlakətin potensial qurbanıdır.

Tehran dünyanın təhlükəli Şimali Anadolu çatı üzərində yerləşir. Şəhər zəlzələlərdən çox ziyan görüb.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Los-Anceles, ABŞ

Təbii fəlakət zamanı 16,4 milyon insan xəsarət ala bilər.

Los-Anceles şəhəri San-Andreas çatı boyunca uzanır. Bu da şəhərin ən təhlükəli seysmik zonada yerləşdiyini göstərir. 16,4 milyon insan hər an yeraltı təkanların qurbanına çevrilə bilər.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Şanxay, Çin

Təbii fəlakətdə 16,7 milyon insan zərər çəkə bilər.

Şanxay Çinin ən çox məskunlaşılan şəhərlərindəndir. Yantsızı çayının deltasında yerləşdiyindən burada genişmiqyaslı sel, qasırğa və tayfunun olması qaçılmazdır. Şəhərdən keçən bol sulu çay daşqın üçün təhlükə mənbəyidir.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Kəlküt, Hindistan

Sudan gələn təhlükə 17,9 milyon insanı əhatə edir.

Kəlküt iri çay deltasında yerləşdiyindən burada hər il daşqın təhlükəsi var. 140 illik drenaj sistemi artıq nasaz vəziyyətdədir. Siklon, sunami və qasırğanın yaradacağı fəsadları aradan qaldırmaq qeyri-mümkün olacaq.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Naqoya, Yaponiya

22,9 milyon insan təbii fəlakətin potensial qurbanıdır.

Yaponiya seysmik cəhətdən fəal zonada yerləşir. Yer üzündə baş verən zəlzələlərin 90 faizi bu ölkənin ərazisində baş verir. Episentri yerin dərinliyində baş verən zəlzələlər sunami yarada bilər. Bu, Naqoe şəhərinin yer üzündən silinməsi deməkdir.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Cakarta, İndoneziya

Təbii fəlakətdə 27,7 milyon insan zərər çəkə bilər.

Şəhər planlaması olmadığından təbii fəlakətin fəsadları daha ağırdır. Bu hal Cakarta üçün xarakterikdir. Yağıntı, zəif drenaj və şəhər ərazisinin 40 faizinin dəniz səviyyəsindən aşağı yerləşməsi mümkün sel təhlükəsindən xəbər verir. Fay xətləri yaxınlığında yerləşdiyindən Cakarta zəlzələnin də yaratdığı xarabalığa çevrilə bilər.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Osake-Kobe, Yaponiya

Təbii fəlakət zamanı 32,1 milyon insan xəsarət ala bilər.

1995-ci ildə Xansin şəhərində qeydə alınan zəlzələdə Osaka-Kobe əyalətinin böyük hissəsi dağıldı, 6 min insan həyatını itirdi, ölkəyə 100 milyard dollar ziyan dəydi. Sahil kənarında yerləşdiyindən sunami təhlükəsinə görə, bura Yaponiyanın ən təhlükəli şəhərləri arasında 3-cü yerdədir.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Mirvari çayının deltası, Çin

Təbii fəlakətin fəsadları 34,5 milyon insanı əhatə edə bilər.

Mirvari çayının vadisində çoxlu sayda əhali yaşayır. Daşqın təhlükəsi altında olan ərazidə 5 iri şəhər yerləşir. Bölgə qasırğa təhlükəsinə görə 1-ci, küləyin sürətinə görə 3-cü, çay daşqınları təhlükəsinə görə 5-ci yerdədir.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Manila, Filippin

34,6 milyon insan təbii fəlakətin potensial qurbanıdır.

Manila əhalisinin yarısı zəlzələ qurbanına çevrilmək təhlükəsi ilə üz-üzədir. Şəhər tez-tez qasırğa və tufandan zərər görür. Burada demək olar ki, hər il daşqın və sel hadisəsi baş verir.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz
Tokio-Yokohama, Yaponiya

Təbii fəlakətin fəsadları 57,1 milyon insanı əhatə edə bilər.

Tokio-Yokohama bölgəsi hər növ təbii fəlakətin yaşandığı yerdir. Zəlzələ, musson yağışları, daşqın və sel, sunami region üçün xarakterikdir. Əhalinin 80 faizi hər an zəlzələ qurbanı ola bilər. Bundan başqa Tokio Sakit okean aktiv zonasında yerləşdiyindən sunami riski böyükdür.

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

Bu şəhərlərə gedəndə riskləri nəzərə alın, sağ qayıtmaya bilərsiz

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600