Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb. “Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir”, – deyə onlar qeyd ediblər.
Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.
www.yenicag.az