“Mənim şou-biznes oyunları ilə oynamaq yaşım deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Kazım Sübhan sosial şəbəkə hesabında yazıb.
O, ad çəkmədən bəzi şou əhlinə səslənib:
“Gələn il 40 yaşım olur. Mənim şou-biznes oyunları ilə oynamaq yaşım deyil. Öz uğurlarımla məşğulam, xoşbəxtəm, başqalarının həyatına izləyib, paxıllıq etməyə gərək də yoxdur heç. Keçən dəfə demişdim, yenə də təkrar edirəm, bir müğənnini dinləyin, konsertlərinə gedin, amma fanatlıq erməyin. Özünüz ilə məşğul olub, təhsil, savad alın. Bu səhər biri mənə yazıb ki, qruplaşma belə gəldi, belə getdi. Mən heç bir qruplaşmada yoxam və heç vaxt da olmamışam, mən dostluq etmişəm, dost olmuşam”.
Nehru
www.yenicag.az