“Həftədə 3 gün çalışın”

media-hightechnic-468x90

jikokollkDünyanın ən zəngin adamı olan meksikalı telekommunikasiya şirkəti sahibi Karlos Slim maraqlı açıqlama ilə gündəmə gəlib.
Milyarder insanların həftədə 3 gün çalışmasının lazım olduğunu söyləyib. 79,6 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin adamı olan Slim Paraqvayda təşkil edilən bir konfransda çıxışı zamanı bu sözləri deyib.

O qeyd edib ki, insanların iş həyatları haqqında radikal bir dəyişiklik etmək vaxtı gəlib çatıb: “Həftədə 3 günlük iş ilə keyfiyyətli bir həyat və istirahət üçün daha çox zamanımız olar. 4 günlük boşluq müxtəlif fəaliyyət növləri ilə məşğul olmağa kömək ola bilər. Gündə 11 saatdan 3 günlük iş fəaliyyəti 50-60 yaş arasında təqaüdçü olacaq insanların 70-75 yaşına qədər işləməsinə də imkan verəcək”.

Telekommunikasiya firmasının sahibi olan Slimin şirkətində işləyənlər milyarder iş adamının şərhlərinə bənzər bir sistemdə çalışır. Təqaüdçü olan işçilər istəsələr həftədə 4 gün çalışaraq tam maaşlarını ala bilirlər.

Qeyd edək ki, Karlos Slim 79,8 milyard dollarlıq sərvətiylə son olaraq “Microsoft”un sahibi Bill Qeytsi keçərək dünyanın ən zəngin adamı adını əldə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600