!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkəri sahilində Laçın Şəhəri Gününün qala-konserti keçirildi

!Reklam – Yazi

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə növbəti dəfə təntənəli şəkildə qeyd olunan Laçın Şəhəri Günü tədbirləri sona çatıb.

Yenicag.az xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala-konserti təşkil edilib.

Konserti dövlət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, laçınlı sakinlər və digər qonaqlar izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və şəhər sakinləri ilə görüşünü özündə əks etdirən kadrlar nümayiş olunub.

Musiqi proqramında Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov, Elza Seyidcahan, Günel Şeyxova, ifaçılar Aşıq Ramin, Araz Hümbətli, Kamilə Nəbiyeva, Fuad Musayev, Könül Məmmədli, Vüsal Hacıyev, Murad Arif, həmçinin “Amarok” qrupu, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Laçın” muğam qrupu çıxış ediblər.

Proqramda Məhəbbət Kazımovun “Laçınım”, “Dağlar boyda dağım var”, Aydan Əliyevanın “Gözəl Azərbaycan”, Rauf Məmmədovun “Yaşa Azərbaycan”, Oqtay Kazıminin “Ey həyat, sən nə qəribəsən”, Emin Sabitoğlunun “İncə bellim”, Elza Seyidcahanın “Laçınımın dağlarında”, Ələkbər Tağıyevin “El yolunda”, Bəhram Nəsibovun “Anadır arzulara”, Telman Hacıyevin “Vətən süitası” və Xanım İsmayılqızının “Sən qalibsən” mahnıları səsləndirilib. Həmçinin “İncilər” kompozisiyası, “Cəngi” rəqsi, “Xalq bayatıları”, “Misri” aşıq havası, “Uzundərə” xalq rəqsi, “Ay Laçın” xalq mahnısı və “Şur” təsnifi ifa edilib.

Bütün çıxışlar gur alqışlarla qarşılanıb.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv