Müalicə üçün Türkiyəyə gedən xalq artist Naibə Allahverdiyeva Azərbaycana qayıdıb.
Yenicag.az xəbər verir ki, aktrisa başına gələn dəhşətli hadisədən danışıb:
“Türkiyədə zəlzələ olanda evdə idim. Klinikadan təzə gəlmişdim. Yoldaşım mətbəxdə idi. Evdə pəncərənin kənarında dayanmışdım. Gördüm ki, yer ayağımın altından bir sağa, bir sola getdi. Fikirləşdim ki, bəlkə qan təzyiqim qalxıb. Sonra çılçırağın yelləndiyini gördüm. Yoldaşım gəlib dedi ki, Naibə, qorxma. O an şok oldum, yerimdə dondum. Artıq özümdə deyildim”.
Xalq artisti yenidən müayinə olunacaq:
“6 aydan sonra təkrar müayinə olunmalıyam. Beynimdə damarlar daralır. Səbəbi isə stresdir. Həkim dedi ki, əgər yaşamaq istəyirsənsə stresdən uzaq olmalısan”
ARB-nin “Elgizlə izlə” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru
www.yenicag.az