“Hər halda müsbət addım deyil”
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu iqtidar-müxalifət görüşü ilə bağlı müsahibə verib. Onunla müsahibəni təqdim edirik:
– Keçirilmiş dialoq nə kimi yeniliklərlə yadda qaldı və onu əvvəlki görüşlərdən fərqləndirən nə idi ?
– Hər halda bu, keçən dəfəki görüşdən daha konstruktiv bir görüş oldu. Fikirlər səsləndirildi. Ümid edirik ki, bu fikirlər müəyyən dərəcədə öz həllini tapacaq. Keçiriləcək hər bir görüşdə əsas siyasi mədəniyyətin inkişafı məsələsidir. Bu mədəniyyətin inmkişafı bizim hamımızı sevindirir. Çünki hakimiyyətlə siyasi partiyalar arasında dialoqun aparılması bütün tərəflərin və cəmiyyətin xeyrinədir.
– Müzakirələr zamanı hansı irəlləyişlərə nail olundu ?
– Hesab edirəm ki, bu dialoqda səsləndirilən məsələlərin həllindən asılı olacaq. Əgər verilmiş təkliflərin həlli istiqamətində müəyyən addımlar atılarsa, o zaman dəqiq biləcəyik ki, hansı irəliləyişlərə nail olunub.
– Müsavatın Partiyasının və AXCP-nin dialoqda iştirak etməməsi müzakirələrin ümumi gedişatına təsir göstərdimi?
– Öz seçimləridir və hər halda müsbət addım deyil. AXCP-ni dəvət etməmişdilər. Yəqin ki, gələn dəfə dəvət olunacaq. Bu dialoq zamanı da deyildi. Amma Müsavatın gəlməməsi hər halda müsbət bir hal deyil. Çünki dialoqdan uzaqlaşmaq olmaz. Hər kəsin bu mühitə öz tövhəsini verməsi vacibdir(modern.az).