Hərbi prokuror Qarabağdakı kütləvi məzarlıqlardan danışdı

media-hightechnic-468x90

“Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Dövlət Komissiyasının siyashısında bunların hamısı dəqiq var. Təxminən 450 nəfərə yaxını şəxsiyyəti bəlli olmayan insan qalıqları aşkarlanıb. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə, və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub”.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Hərbi prokuror Xanlar Vəliyev deyib.

Hərbi Prokuror bildirib ki, onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur.

“Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa tikinti quruculuq işləri gedişində bu məzarlıqların bir qismi orataya çıxır. Edillidəki məzarlıqları o vaxt əsirlikdə olan vətəndaşımız göstərmişdi. Hətta müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz. Çünki ABŞ-ın “Hərb əsirlərlə rəftara dair təsdiq etdiyi pakt var. Cenevre Konvensiyası pozulub. Büütün bunlar hamısı cinayətdir. Və hər bir faktla bağlı cinayət işi başlanıb”, – deyə o əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa