Hikmət Hacıyev İsrail rəsmisilə danışıqlar apardı

media-hightechnic-468x90

Bu gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İsrail XİN-in Baş direktoru Alon Uşpiz arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi “Twitter” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, söhbət zamanı Alon Uşpiz Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını alqışlayıb.

Bununla yanaşı, tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi də aparıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa