Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Xalq artisti qəbiristanlıqda məşhur yazıçıdan nə istəyib? - VİDEO

Xalq artisti, tanınmış aktyor Rafael Dadaşov canlı yayımda “dünya fanidir”, – deyərək kövrəlib.   

Yenicag.az xəbər verir ki, aktyor illər əvvəl çəkildiyi məşhur televiziya tamaşasını xatırlayıb:

“Ola bilər qəlbi paslanmış qəbir kimi insan kövrəlməsin. Kövrək hisslər hamımızda var. “Səni axtarıram” tamaşasında Gülnarın atasının basdırılma səhnəsi var. Qəbiristanlıqda insan saflaşır. Hətta cani də… Ancaq qəbiristanlıqdan çıxandan sonra yenə həmin adam olursan.

Aslan Qəhrəmanova dedim ki, bizim üçün daxili monoloq yaz… Dedim əşi, dünya fanidir. Hətta özündən razı adamlar da kövrəkləşir. Dad o adamdan ki, kövrəlmir. İndi kinolent kimi o kadr gəlib keçdi gözüm önündən, kövrəldim”.

ATV-nin “ZaurlaGünaydın” verilişindən olan görüntüləri təqdim edirik:

Nehru

www.yenicag.az

3071