İctimai nəqliyyatda əlillərə kim xidmət göstərməlidir?

media-hightechnic-468x90

Bu günlərdə jurnalist Mehman Hüseynovun lentə aldığı videogörüntülərdə cəmiyyətdə geniş müzakirələr səbəb oldu. Belə ki, sürücü əlil arabasında şəxsi avtobusa mindirməkdən imtina etmişdir. Bu halda ortaya belə bir sual çıxır.

İctimai nəqliyyatda əlillərə kim xidmət göstərməlidir? Sürücü yoxsa, digər bir şəxs?

Ekspert Azər Allahverənov bildirir ki, cəmiyyətin tam hüquqlu üzvləri olan əlillərin də ictimai nəqliyyatdan istifadə etmək hüququ var və dövlətin ümdə vəzifəsi digər hüquqlarla yanaşı əlillərin bu hüququnun da tam şəkildə təmin olunmasından ibarətdir.

“Lakin məlum idi ki, hərəkəti məhdud olan və bu səbəbdən əlil arabası ilə hərəkət edən insanlar nəqliyyat sektorunda istismar edilən və pilləkənləri nisbətən hündür olan avtobuslardan istifadədən məhrum idilər. Bu isə həmin insanların ictimai nəqliyyatın bu növündən tam şəkildə yararlana bilməməsi demək idi. Məhz bu səbəbdən hökumət bu məsələyə xüsusi diqqət yetirərək ictimai nəqliyyat parkını yeniləyərkən həmin hüququn tam şəkildə təmin olunmasına xidmət edən və əlil arabalarının salona daxil olmasını və çıxmasını asanlaşdıran xüsusi qurğularla (pandus və s.) təchiz edilmiş avtobusların gətirilməsinə dair qərar vermişdi. Bu gün biz artıq Bakı yollarında belə avtobusların hərəkətdə olduğunu görə bilərik”- deyə ekspert Yenicag.az-a açıqlamasında deyib.

“Lakin bu məsələlərlə yanaşı həm də vacib olan həmin avtobuslardan istifadənin düzgün şəkildə həyata keçirilməsidir, Çünki məlumdur ki, bu tip avtobuslar müəyyən qaydalar əsasında idarə olunur və həmin qaydaların pozulması istifadəni qeyri-effektiv edir. Həmin qaydalar xüsusi vəziyyətlərdə sürücünün, hətta sərnişinlərin davranışı müəyyən edir. Belə ki, avtobusa əlil arabasında bir şəxs yaxınlaşarsa, avtobus sürücüsü ya da onun yanında olan bələdçi dərhal əlillin avtobusa maneəsiz daxil olmasını və təyinat ünvanına çatdıqda sonra çıxmasını təmin etməlidir. Bunun üçün onlar sürücü ya da onun bələdçisi əlil arabasının panduslar vasitəsilə avtobusa qaldırılmalı və salonda bərkitməlidirlər. Avtobus məhz bundan sonra hərəkətinə davam edə bilər. Avtobus dayandıqdan sonra sərnişinlər salonu tərk etdikdən sonra yenidən sürücü ya da bələdçi əlil arabasının salondan maneəsiz çıxmasını təmin etməlidirlər. Bu və həmin vəziyyətlə bağlı olan digər proseslər sürücülər üçün hazırlanmış xüsusi qaydalar əsasında həyata keçirilə bilər. Sürücülər və onların yanında olan bələdçilər müvafiq qaydada məlumatlandırılmalı və təlimatlandırılmalıdırlar. Bundan başqa bu məsələ həm də qanunvericilikdə öz əksini tapmalıdır. Məsələnin qanuni aspektləri ilə yanaşı həm də etik tərəf və çərçivələri də müəyyən edilməlidir. Belə ki, məhz insani dəyər və keyfiyyətlərdən irəli gələrək sərnişinlər də bu prosesdən kənarda qalmalı deyillər. Onlar da mümkün qədər sürücüyə ya da bələdçiyə köməklik etməlidirlər ki, əlil arabasında olan şəxs maneəsiz avtobusdan istifadə edə bilsin. Məsələnin bu tərəfi də sərnişinlər arasında aparılacaq geniş maarifləndirmə kampaniyaları vasitəsilə həllini tapa bilər”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600