İki gəmi toqquşdu: Biri batdı

media-hightechnic-468x90

Hollandiya bayrağı altında üzən gəmi Danimarkanın qərb sahillərində Baham adaları bayraqlı gəmi ilə toqquşub. 

Yenicag.az xəbər verir ki, “Wild Cosmos” adlı gəmi ilə toqquşan  89 metrlik “Helge”, Şimal dənizindəki Jutland yarımadasından 37 kilometr aralıda batıb.

Danimarka Hərbi Dəniz Qüvvələri batan gəmidən dənizə atılan 7 nəfərlik heyəti helikopterlə xilas edib. Qəza nəticəsində xəsarət alan olmayıb.

“Wild Cosmos” gəmisində ciddi dağıntı və ya insan tələfatı qeydə alınmayıb./Unikal/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa