Bakıda iki səfirlik maşını toqquşub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 28 May küçəsi 39 ünvanında qeydə alınıb.
Rumıniyanın Bakıdakı səfirliyinə məxsus “Audi” markalı maşın Çexiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
www.yenicag.az