!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkimərtəbəli elektrik avtobusu yaradılır

!Reklam – Yazi

ABŞ-ın “Alexander Dennis” və “Proterra” şirkətlərinin mühəndislərinin yaratdığı ikimərtəbəli elektrik avtobusu Kaliforniya şəhərləri arasında hərəkət edəcək. İnnovativ nəqliyyat növünün 2019-cu ildə ABŞ-da istifadəyə verilməsi nəzərdə tutulur.

Yenicag.az “ICTnews”a istinadən yazır ki, avtobus yaradıcılarının sözlərinə görə, elektrik mühərriklərinə kütləvi keçid regionda ekoloji vəziyyətə müsbət təsir göstərəcək və bu səbəbdən avtomobil sənayesi elektrokarları inkişaf etdirməklə gələcək nəsillərin sağlamlıq və rifahının qayğısına qalır.

Elektrik nəqliyyatının daha bir üstünlüyü onun nisbətən səssiz işləməsindədir ki, bu baxımdan da elektrik avtobusu faydalı görünür.

“Yeni avtobus mövcud üçoxlu model əsasında yaradılır. İkimərtəbəli quraşdırılma üsulu avtobus salonunda 140 nəfərədək sərnişini yerləşdirməyə imkan verəcək”, – “Alexander Dennis” şirkətinin rəsmi nümayəndələri bildirib.

Avtobus enerji sıxlığı 1 kq üçün 160 vatt-saat təşkil edəcək akkumulyator batareyaları massivi ilə təchiz ediləcək. Mühəndislər qeyd edir ki, bu, çox yaxşı göstəricidir.

COP29

www.yenicag.az

1778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv