Sabunçuda sərnişin avtobusu “Hyundai” ilə toqquşdu

media-hightechnic-468x90

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza aprelin 27-də saat 15:30 radələrində qeydə alınıb. Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu “Hyundai” markalı minik maşını ilə toqquşub.

İddialara əsasən, qəzaya manevr qaydalarının pozulması səbəb olub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yaşıllıq sahəyə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05