İlham Əliyev Niderland Krallığının rəsmiləri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı məmnunluqla qeyd olunub.
Söhbət zamanı həmçinin R. Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib(apa).