İlham Əsgərovla vida mərasimi keçirilib

media-hightechnic-468x90

97688Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirilib.

Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, aktyorun sənət dostları iştirak edib.

Ə. Vəliyev çıxış edərək İ. Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, ömür yolundan danışıb və onun yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndirib.

Vida mərasimindən sonra İ. Əsgərovun cənazəsi dəfn olunmaq üçün Masallı rayonuna yola salınıb(APA).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa