!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlhamə ölümündən əvvəl Nazpəri ilə barışmaq istəyib - Əməkdar artist gizlinləri açdı

!Reklam – Yazi

Mərhum xalq artisti ölümündən əvvəl küsülü olduğu həmkarı Nazpəri Dostəliyevaya ilə barışmaq istəyib.

Yenicag.az-a danışan əməkdar artist Firuzə İbadova İ.Quliyeva ilə bağlı gizlinləri açıqlayıb. Onun sözlərinə görə, mərhum xalq artisti ölümündən əvvəl Nazpəri Dostəliyevaya zəng edib:

“İlhamə xanım elə sərt, qəddar görünməsinə rəğmən, həddən artıq mülayim, kövrək bir insan olub. Bunu onu yaxından tanıyanlar gözəl bilir. İllərdir ki, onunla yaxınlıq edirdim və heç kimə demədiyi sirlərini mənimlə bölüşürdü. Hamı elə bilirdi ki, onun Nazpəri xanımla düşmənçiliyi var. Xeyr, aranı qatanlar, suyu balandıranlar oldu. İlhamə xanım həmişə Nazpərinin sənətini yüksək qiymətləndirib, onun istedadlı müğənni olduğunu bildirib. Bunu özü mənə dəfələrlə deyib. Bəlkə də çoxları inanmayacaq, amma bu, həqiqətdir. Bu sirri ilk dəfədir ki, sizə açıram. İlhamə xanım ölümündən əvvəl mənə Nazpəri xanıma zəng etdiyini, amma onun telefonu açmadığını dedi. Nazpəri xanımı da qınamıram, o da qəlbən qırılmışdı. İlhamə xanım qürurlu qadın idi, istəyirdi küsülü olduğu insanlar birinci addımı atsın. Bəlkə də onları barışdıran olsaydı, barışacaqdılar”.

Cəvahir

COP29

www.yenicag.az

4707
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv