İmişlidə dəhşətli yol qəzası

media-hightechnic-468x90

deea4f85e01646d7852d0a69372afcbaİmişli rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Qurban Ziyəddin oğlu Şadlinskinin idarə etdiyi “QAZ 24” markalı, 30 BG 828 dövlət nömrə nişanlı avtomobil 1985-ci il təvəllüdlü Elsəvər Mürsəl oğlu Ağakişiyevin idarə etdiyi “VAZ 2105” markalı, 10 HT 681 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ 2105”-in sürücüsü və sərnişin Xəlilov Mübariz Maarif oğlu, “QAZ 24”-də olan 1963-cü il təvəllüdlü Medvedev Yuri Konstantinoviç və Nadir Zakir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600