!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngiltərədə orta əsrlərə aid xəzinə aşkarlandı

!Reklam – Yazi

İngiltərənin cənub-qərbindəki Somerset qraflığında XI əsrə aid 5 milyon funt sterlinq dəyərində sikkələrdən ibarət xəzinə aşkarlanıb.

Yenicag.az xəbər verir ki, İngiltərənin son anqlosaks kralı İkinci Harald Qodvinsonun dövründə (1022-1066) zərb olunduğu bildirilən və yaxşı vəziyyətdə olan, hərəsi 1000-5000 funt məbləğində dəyərləndirilən sikkələri bir ər-arvad cütlüyü ferma ərazisində xüsusi cihazlar vasitəsilə taparaq polisə məlumat verib, sonra da qiymətləndirilməsi üçün Britaniya Muzeyinə göndəriblər.

Ekspertlərin fikrincə, belə bir xəzinə kral olmasa da, hər halda yüksək zümrədən olan zadəganlardan birinə məxsus ola bilərdi. “Pulların sahibi öldüyünə görə daşıya bilməyib” – deyən numizmatika eksperti Naycel Mills xəzinənin 1066-1072-ci illər arasında gömüldüyünü güman edib.

Bu xəzinənin 2009-cu ildə Birminqam yaxınlığında tapılmış, qızıl və gümüş zinət əşyalarından ibarət məşhur Staffordşir xəzinəsindən 1 milyon funt daha bahalı olduğu müəyyənləşib./Report/

 

COP29

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv