İnsan beyninin inkişaf xəritəsi hazırlandı: Yeniyetməlik 32 yaşında bitir - ARAŞDIRMA

media-hightechnic-468x90

 

Alimlər insan beyninin ömür boyu keçdiyi inkişaf mərhələlərini xəritələyib və beynin 32 yaşına qədər yeniyetməlik xüsusiyyətlərini saxladığını müəyyən ediblər. Kembric Universitetinin rəhbərlik etdiyi genişmiqyaslı araşdırma 0–90 yaş aralığında olan 4 min nəfərin beyin görüntülərini təhlil edib.

Tədqiqat beynin struktur təşkilatında dörd böyük dönüş nöqtəsinin yaşandığını göstərir: təxminən 9, 32, 66 və 83 yaşlarında.

Yenicag.az xəbər verir ki, araşdırmanın baş müəllifi Prof. Danken Astl bildirib ki, insan beyninin inkişafı xətti şəkildə deyil, “müəyyən mərhələlərdə kəskin istiqamət dəyişikliyi” ilə davam edir. Onun sözlərinə görə, bu dəyişikliklər beyin pozulmalarının nə zaman yarana biləcəyini anlamaqda mühüm rol oynayır.

Beynin beş əsas inkişaf dövrü

Uşaqlıq (0–9 yaş)

Bu dövrdə sinaptik əlaqələrin sıx şəkildə ayıklanması və şəbəkə konsolidasiyası baş verir. Beynin boz və ağ maddə həcmi sürətlə artır.

Yeniyetməlik (9–32 yaş)

Ağ maddə həcmi böyüməyə davam edir, beyindəki əlaqə effektivliyi yüksəlir. Bu proses düşünmə qabiliyyətinin və bilişsel performansın artması ilə bağlıdır.

Böyüklük (32–66 yaş)

Təxminən 32 yaşda beynin ən böyük struktur dönüşü yaşanır. Bu mərhələdə beyin daha sabit olur, şəxsiyyət və intellektdə nisbətən durağan dövr müşahidə edilir.

Erkən yaşlanma (66–83 yaş)

Bu dövrdə beyin əlaqələri zəifləməyə başlayır və ağ maddə strukturu yaşlanmanın təsiri ilə dəyişir.

Gec yaşlanma (83+ yaş)

83 yaş ətrafında beyində ikinci böyük dönüş baş verir. Bu mərhələdə neyron əlaqələr daha da zəifləyir və yaşlanma ilə bağlı dəyişikliklər daha qabarıq görünür.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa