İradə İbrahimovanı buna görə QINADILAR: “O sözdən qıcıq oldular”

media-hightechnic-468x90

“Deyirlər, gedib özlərini tamamilə dəyişdirirlər, sonra da adını ‘xırda toxunuş’ qoyurlar”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İradə İbrahimova “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.

Sənətçi üzündə etdirdiyi estetik müdaxilələrə görə sosial şəbəkələrdə müzakirə hədəfinə çevrilməsindən və bəzi izləyicilərin reaksiyasından bəhs edib:

“İnsanlar ‘üzümə xırda toxunuşlar olunub’ ifadəsindən qıcıq olurlar. Hesab edirlər ki, müğənnilər görkəmlərini kökündən dəyişib, bunu sadə bir müdaxilə kimi qələmə verirlər. Lakin unutmaq olmaz ki, ekran gözəlliyi sevir. Mən də ifrat dərəcədə olmadan, simamda müəyyən düzəlişlər etdirdim. Əlbəttə, insan belə addımları ilk növbədə özü üçün, daha sonra isə tamaşaçısı üçün atır”.

Müğənni estetik müdaxilələrdə ölçü hissinin vacibliyini vurğulayaraq, nəticədən razı qaldığını bildirib:

“Həddini aşmadan edilən toxunuş hər zaman gözəl görünür. Mən də məhz belə etdim və nəticədən çox məmnunam. Razı qalmayanlar da ola bilər, bu, onların şəxsi fikridir. Məni sevən hər halımla sevir. Ümid edirəm ki, bir də mənə bu mövzuda sual verməzlər”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05