“İran müstəqil siyasət aparan bir dövlətdir”
Politoloq Zərdüşt Əlizadə açıqlamasında İranın zənginləşmiş uran ehtiyatını məhv etməsi və bunun İran-Qərb münasibətlərinə göstərəcəyi təsiri şərh edib:
“Təbii ki, ziddiyyətlərin, problemlərin həlli üçün hər iki tərəfin müəyyən addımlar atması zəruridir. Şübhəsiz, İran və Qərb arasındakı bütün problemlərin həlli mümkün deyil. Sadəcə olaraq, qarşılıqlı güzəştlər müharibə, açıq qarşıdurma hallarını aradan qaldırır. İran müstəqil siyasət aparan bir dövlətdir. Lakin problemlərin həlli üçün bu cür güzəştlərin həyata keçirilməsi zəruridir və İran da məhz bu məqsədlə zənginləşmiş uran ehtiyatını məhv edib”.