Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran nüvə sazişinin bu öhdəliklərindən imtina edir - RƏSMİ

İran Avropa ölkələrinin Tehrana qarşı sanksiyalara qoşulacağı təqdirdə 2015-ci ildə imzalanmış nüvə sazişinin üçüncü fazası üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməyəcəyini bəyan edib.

Yenicag.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bununla bağlı deyib: “Əgər Avropa ölkələri Birgə Genişmiqyaslı Fəaliyyət Planında nəzərdə tutulan müddəaları yerinə yetirməsə, İran bu planın üçüncü fazasını tam şəkildə yerinə yetirməyəcək”.

Tehranın bu xəbərdarlığı İranla Avropa tərəfdaşları arasında bazar günü Vyanada keçirilən iclasdan sonra edilib. Musəvi əlavə edib: “Avropa ölkələri İranın götürdüyü öhdəliklərin azaldılması niyyətindən məmnun qalmayıb. Lakin Tehran da onları fəaliyyətsizlikdə, həmçinin ABŞ-ın ardınca gedərək bir neçə İran vətəndaşını həbs edərək Birləşmiş Ştatlara ekstradisiya etməkdə ittiham edib”.

İran BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, habelə Almaniya və Avropa İttifaqı ilə imzaladığı nüvə sazişinin şərtlərində artıq dəyişiklik etməyə başlayıb. ABŞ indiyədək diplomatik və iqtisadi vasitələrlə Tehrana təzyiq edərək, onu razılaşmanın şərtlərinə yenidən baxılmasında iştiraka vadar etmək istəyir./AZƏRTAC/

www.yenicag.az

1489
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100