İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.
“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin.
Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyi fəaliyyətini bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, – məlumatda qeyd edilib.
***29.03.2024 / 20:48
İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək.
Bu barədə İranın “Təsnim” xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
www.yenicag.az