İranda çərşənbə günü mərasimlərində yaralananların sayı 500 nəfəri keçib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumatda bildirilir ki, Çaharşənbə-Suri bayramı münasibətilə keçirilən tədbirlər zamanı yaralananların sayı 500 nəfəri ötüb.
Xatırladaq ki, fevralın 20-dən martın 11-dək İranda Çaharşanbe-Suri bayramı ilə əlaqədar tədbirlər keçirilir.
Tədbirlərdə 12 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Bayram şənlikləri zamanı xəsarət alanların təxminən 70%-i 18 yaşdan kiçik insanlardır.
Ümumi xəsarət alanlar – 509 nəfər olub. Amputasiya olunanlar – 39, göz zədəsi alanlar – 160 nəfərdir.
Xuraman Etibarlı
www.yenicag.az