İranda son sutkada daha 2 457 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari məlumat verib.
Bildirilib ki, son sutkada 147 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 817, yoluxanların sayı isə 227 662 nəfərə yüksəlib. 188 758 pasiyentin sağaldığı bildirilib.
www.yenicag.az