İranda daha 50 nəfər koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.
Məlumata görə, ölkədə infeksiyadan ölənlərin sayı 6 783 nəfərə çatıb.
O bildirib ki, daha 1 958 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 112 725 nəfərə çatıb.
K.Cahanpur 89 428 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını bildirib.
www.yenicag.az