İranda koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.
Yenicag.a İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Məlumata görə, ölkədə daha 2 886 nəfərdə koronavirusa yoluxub. Bununla da ümumi yoluxma hallarının sayı 167 156-ya çatıb.
Ölənlərin sayı isə 63 nəfər artaraq 8 134 nəfərə yüksəlib. Daha 2 573 pasiyentin vəziyyətinin ağır olduğu bildirilib.
Bundan başqa, indiyədək 129 741 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, ölkədə may ayının əvvəlində günlük yoluxma halları 800-ün altında, ölüm halları isə 50-nin altında idi.
www.yenicag.az