İrandan Azərbaycana 10 kq-a yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Yenicag.az xəbər verir ki bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, DSX-nın Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu cinayət məsuliyyətinə cəlb olunublar.












