Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.DSX-nin mətbuat mərkəzindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının – 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az