Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“İranın regional siyasətindən narahat olanlar öz siyasətini nəzərdən keçirsin” - Behram Qasımi

İran Tehranın ballistik raket proqramı və bölgədəki nüfuzunu müzakirələrə çıxarmaq barədə Fransanın təklifinə mənfi cavab verib.

Yenicag.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi Fransa xarici işlər naziri Jean-Yves Le Driyanın “Tehranın ballistik raket proqramı və bölgədəki nüfuzu mövzusunda müzakirə” çağırışına sərt münasibət bildirib:

“Ölkəmizin raket proqramının müdafiə məqsədli, qanuni olduğunu və heç bir şəkildə müzakirəyə açıq olmadığını bir daha diqqətə çatdırıram”.

Ölkəsinin bölgədəki nüfuzu haqqında isə Qasımi “Tehranın izlədiyi siyasət regional, qlobal sülh və təhlükəsizlik istiqamətli, terrorla mübarizə mərkəzlidir”, deyə qeyd edib.

Qasımi İranın regional siyasətindən narahat olanların öz siyasətlərini nəzərdən keçirmələrinin məntiqli olacağı mesajını verib.

Digər tərəfdən İran rəsmi agentliyi “IRNA”nın yaydığı məlumata əsasən, İran Milli Məclisinin sədri Əli Laricani ABŞ-ın nüvə razılaşmasından təktərəfli imtina etməsindən sonra Avropa ölkələrinin razılaşmaya sadiq qaldıqları barədə olan çıxışlarına toxunaraq, Avropanın verdiyi sözü yerinə yetirmədiyini diqqətə çatdırıb.

Laricani, Avropanın nüvə müqaviləsinə sadiq qalacağına şübhəli olduqlarını bildirib.

Qeyd edək ki, Fransa xarici işlər naziri Le Driyan ötən gün Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirlərinin Vyanada təşkil olunmuş yığıncağında “İranın ballistik raket proqramı və regional nüfuzunu müzakirələrə çıxarmaq” çağırışını etmişdi.

Avropanı İranla bağlı münasibətlərdə narahat edən üç ciddi mövzuda müzakirələrin tez bir zamanda başlamalı olduğunu bildirən fransalı nazir bu mövzuları “İranın 2025-ci ildən sonrakı nüvə fəaliyyətləri haqqında öhdəliklər, ballistik raket məsələsi və İranın regional sabitliyin təmin edilməsində oynadığı rol” olaraq sıralayıb.

www.yenicag.az

193
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS