!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan riyakar MÖVQE: “Ermənistan sülhə gəlmək niyyətində deyil”

!Reklam – Yazi

“Son dövrlərdə Ermənistan danışıqlar prosesində konkret olaraq riyakar mövqe tutmağa çalışır, qeyri-konstruktivlik nümayiş etdirir. Təbiidir ki, bu da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesini uzadır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, Ermənistanın Azərbaycana göndərdiyi yeni sülh təklifləri ilə bağlı rəsmi Bakının cavabını, habelə son günlər rəsmi İrəvandan sülhlə bağlı gələn müsbət impulslardan söz açıb.

S. Kərimlinin qənaətinə görə. Ermənistanın baş naziri Nikol Paşinyan son günlər sülh bəyanatları səsləndirir, hətta Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşəcəyini bəyan edir, sülh imzalamağa hazır olduğunu bildirir:

“Lakin, eyni zamanda da Azərbaycanın irəli sürdüyü haqlı və ədalətli tələbləri yerinə yetirmək istəmir. Paralel olaraq da Ermənistan kütləvi şəkildə silahlandırılır. Həmçinin Ermənistan Azərbaycanla şərti sərhədlərdə daim təxribatlar törədir, Azərbaycanın mövqelərini atəş altında saxlayır, xüsusilə də Naxçıvan istiqamətində bölmələrimiz atəşə tutulur. Baş verən bütün proseslər, eləcə də ABŞ hərbçilərinin Ermənistanda hərbi təlimlər keçirməsi, Fransa hərbçilərinin bu ölkəyə gətirilməsi, bir sözlə, rəsmi İrəvanın əzələ nümayişi göstərməsi onu deməyə əsas verir ki, Ermənistan sülhə gəlmək niyyətində deyil. Çünki, əgər İrəvan sülh müqaviləsini həqiqətən də imzalamaq istəsəydi, Azərbaycanın ədalətli tələblərini yerinə yetirərdi”.

Politoloq vurğulayıb ki, burada konstitusiyaya dəyişikliklər, Zəngəzur dəhlizinin – nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsi prioritetdir:

“Əgər Ermənistan konstitusiyası və digər hüquqi normativ aktlarda Azərbaycana qarşı ərazi iddiaları varsa, biz necə ədalətli və dayanıqlı sülhdən danışa bilərik? Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yaxın vaxtlarda baş tutmayacaq. Bu barədə hər hansı bir nikbin proqnoz səsləndirmək də çox çətindir. Ona görə ki prosesin ləngiməsi ümumi sülh prosesinə çox ciddi zərbələr vurur”.

Rafi Müslümov

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv