İŞİD-in uşaq cəlladları kürdləri edam etdi

media-hightechnic-468x90

usaq isidİŞİD terror qruplaşması sosial şəbəkələrdə Suriyada kürd əsirlərin beş uşaq tərəfindən öldürülməsinin videosunu yayıb.

AzVision.az-ın BBC-yə istinadən məlumatına görə, ekstremistlər iddia edirlər ki, uşaqlardan biri Böyük Britaniyadandır.

Qeyd olunur ki, 10-13 yaşlı Əbu Abdullah əl-Britani adlı uşaq əsiri edam edərkən ingilis dilində danışıb.

Digər uşaqların adlarının Əbu İshak Masri, Əbu Abdullah əl-Britani, Əbu Fuad əl-Kürdi, Əbu əl-Bara əl-Tunisi və Yusuf əl-Özbəki olduğu bildirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşması təbliğat məqsədi edam zamanı dəfələrlə uşaqlardan istifadə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa