İsrailin xarici işlər naziri istefa verdi

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Liberman təşkil etdiyi mətbuat konfransında bunları bildirib:
“Təəssüf ki, qurulacaq yeni hökumətin milli maraqlara xidmət etməyən çıxarlar üzərində qurulan rəhbərlik olacağı qənaətinə gəldim.”
Koalisiya danışıqlarından çəkildiyini və xarici işlər nazirliyindən istefa verdiyini açıqlayan Liberman istefa məktubunu bir neçə saat ərzində baş nazir Benyamin Netanyahuya təqdim edəcəyini açıqlayıb.
Qeyd edək ki, Netanyahunun koalisiya qurmaq üçün may ayının 6-na qədər vaxtı var. Libermanın İsrail Evimiz partiyasının danışıqlardan çəkilməsinə baxmayaraq Netanyahunun Yəhudi Evi, Kulanu (Hamımız), Şas (Tövrat mühafizəçiləri partiyası) və Birləşmiş Tora Yəhudiliyi partiyaları ilə bir koalisiya qurması gözlənilir.