İstifadəsiz torpaqlar dövriyyəyə necə cəlb edilə bilər?

media-hightechnic-468x90

1347953151_aran05Vahid Məhərrəmov: “Bu sahələr elə-belədən istifadəsiz qalmayıb”

İstifadəsiz qalan torpaqların dövriyyəyə cəlb olunması üçün ora kapital qoyuluşu həyata keçirilməli, investisiya yatırılmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov dedi: “Kənd təsərrüfatına yararsız, habelə istifadə olunmayan sahələr mövcuddur. Örüş və təbii biçənək üçün nəzərdə tutulan sahələr də var ki, onlardan əvvəllər istifadə olunmurdu, ancaq sonradan onun bir hissəsinə müəyyən sahibkarları cəlb etməklə melorasiya işləri aparmağa başladılar. Yəni torpağın bir hissəsini dövriyyəyə cəlb ediblər. Bəzi torpaq sahələri də var ki, erroziyaya uğrayıb, şoranlaşıb. Hətta pay torpaqları arasında da keyfiyyəti aşağı olan sahələr var ki, orada əkin işləri aparmaq melorativ işlər həyata keçirmədən mümkün deyil. Həmçinin, bu istiqamətdə dəqiq uçot aparılmalıdır. Apardığımız monitorinqlərlə bir şey aydın olur ki, əvvəllər əkin sahəsi kimi istifadə olunan torpaqların bir çox hissəsi artıq yararsız hala düşüb və onlardan indi istifadə olunmur. Bu sahələr elə-belədən istifadəsiz qalmayıb. Fermerlər yaxşı bilir ki, həmin sahələrə həddən artıq vəsait qoyulmalı, torpağın münbitliyi bərpa edilməlidir. Həmin sahəyə su gətirilməlidir ki, suvarma işi də həyata keçirilsin. Uzaq məsafədə olan bu sahələrə gediş-gəliş çətinlik təşkil edir. İndilikdə isə belə sahələrdə effektiv biznesin qurulması mümkün deyil. Dövlət uzun müddətə və çox aşağı faizlərlə həmin ərazilərə kreditin ayrılmasını təmin etməlidir ki, fermerlər uzun müddətli maliyyə vəsaiti yatıraraq, kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olmaqla, həmin sahələri dövriyyəyə qaytara bilsin. Bu da müəyyən müddət tələb edir”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600