İtaliyada dəhşətli meşə yanğınları - 100 hektar sahəni əhatə etdi

media-hightechnic-468x90

İtaliyanın şimalında Monte Marteka dağında baş verən yanğın Varese şəhəri yaxınlığında təxminən 100 hektar meşə sahəsini məhv edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, iki helikopter və üç təyyarə cəlb edilib. Alovun yayılmasının qarşısını almaq üçün könüllülər də daxil olmaqla ümumilikdə 150-dən çox insan yanğının söndürülməsində iştirak edir.

Lombardiya vilayətinin qubernatoru Attilio Fontana yanğınla bağlı yaradılan qərargahda vəziyyətlə tanış olarkən deyib: “Yanğının miqyası adamı dəhşətə gətirir. Ancaq küləyin sürətinin azalması işlərimizi bir qədər asanlaşdırır”.

Yanğının başvermə səbəbləri məlum deyil.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05