İzzət Bağırov düşmən qızı ilə sevgili oldu, qardaşı öldürdü – ŞOK VİDEO

Müğənni İzzət Bağırovun ssenari müəllifi və prodüseri olduğu “Ümidlər puç olanda” adlı filmin qala gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, rejissor Samir Qulamovun yozumunda ərsəyə gələn filmdə əməkdar artistlər Xalidə Quliyeva, Kazım Abdullayev, Mehriban Xanlarova rol alıb.

Melodrama janrında çəkilən filmdə İzzətin tərəf müqabili cazibədar model və sktrisa Gülşən Hüseynlidir.

Filmdə Cavad rolunu canlandıran İzzət Bağırov ailələrinə düşmən olan bir qıza aşiq olur. Lakin bu məhəbbət hər iki ailə tərəfindən qəbul olunmur. Onun atası günahsız yerə 7 il həbsxanada yatır. Ailənin bütün qayğıları Cavadın üzərinə düşür. Həbsdən çıxan atasının qisas almaması üçün oğlu nə qədər çalışsa da, buna nail ola bilmir. Bu da faciəyə yol açır. Onun sevdiyi qız qardaşının təsadüf nəticəsində açdığı atəş nəticəsində ölür.

Qala gecədən görüntüləri təqdim edirik:

Cəvahir