!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İzzət Bağırov: "O müğənni xalqın gözü qabağında güllələnməlidir"

!Reklam – Yazi

Əməkdar artist İzzət Bağırov bəzi həmkarları ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

Yenicag.az xəbər verir ki, sənətçi onların musiqidən xəbərsiz olduqlarını bildirib:

“Efirə elə müğənnilər dəvət edirlər, heç nə danışdığını bilmir, musiqidən xəbərsizdir. Heç nədən xəbəri yoxdur.
Elə müğənniyə oxumağına görə güllələnmə düşər. Onun oxumağı cinayətdir. Elə xalqın gözü qabağında güllələnməlidir. Savadın olmasa da, ən azından mütaliən olsun.

Müğənni verilişlərə gedərkən aparıcılar qarşısında şərt kəsən həmkarlarını da lağa qoyub:

“Efiri bağlatdırır, fişənglər, şarlar düzdürür. Güllər gətizdirir, deyir göndəriblər. Hansı ki, o gülün min manat qiyməti var, güya kimsə göndərib. Efirə gələndə də deyir məndən başqa heç kim olmasın. Bunları görəndən sonra, fikirləşdim ki, ağlamayan uşağa pəpə vermirlər. İndi artıq verilişə gələndə soruşuram, kim olacaq məndən başqa”.

Müğəni bu sözləri “7 canlı” verilişində deyib.

Nehru

www.yenicag.az

2295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv