Juninyo həftənin oyunçusu adına namizədlər arasındadır

media-hightechnic-468x90

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Yenicag.az xəbər verir ki, 1/8 finalın ilk matçlarının ən yaxşısı adına 4 futbolçu namizəddir.

“Qarabağ”ın futbolçusu Olavio Juninyo da ən yaxşı adına iddiaçıdır. “Bayer”lə matçda (2:2) qol və assistə imza atan braziliyalı həftənin oyunçusu adına namizədlər sırasında yer alıb.

Onunla eyni siyahıda Pyer-Emerik Obameyanq (“Marsel”), Stefan Al-Şaravi (“Roma”) və Darvin Nunyes (“Liverpul”) yer alıblar. Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600