!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist təşkilatı Avropa Parlamentinə müraciət etdi

!Reklam – Yazi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Avropa Parlamentinə müraciət ünvanlayıb.

Bu barədə Yenicag.az-a JAM sədri Seymur Verdizadə məlumat verib. S.Verdizadə bildirib ki, sözügedən müraciət rus və ingilis dillərinə tərcümə olunaraq, Avropa Parlamenti üzvlərinin elektron ünvanına göndərilib.

Müraciətdə deyilir:

“Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Avropa Parlamentinin 09 iyul 2015-ci il tarixli plenar iclasında məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edilib.

Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Bu baxımdan 2018-ci ilin yanvar ayında Avropa Parlamenti üzvü Lars Adaktusson Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etməsi və işğal olunmuş ərazilərimizdə yaradılan qondarma rejimin təmsilçiləri ilə görüşməsi təəssüf doğurur.

27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında

Dağlıq Qarabağla bağlı tədbir keçirtməyi planlaşdırırlar. Bu tədbir “Tufenkian Foundation”, “Armenian Legal Centerfor Justiceand Human Rights” və “European Armenian Federation for Justiceand Democracy” adlı erməni lobbi təşkilatlarının sponsorluğu ilə təşkil olunacaq.

28 fevral 2018-ci ildə isə Avropa Parlamenti binasında (European Parliament – Room JAN 6Q2) AP üzvü Frank Engelin təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Aİ: 1988-2018” mövzusunda tədbir keçirilməsi planlaşdırılır. Bu tədbir “The Armenian General Benevolent Union” və “European Friends of Armenia” adlı lobbi qruplarının sponsorluğu ilə həyata keçiriləcək.

Bir daha qeyd edək ki, bəzi üzvləri öz fəaliyyətlərində Avropa Parlamentinin qətnamələrini nəzərə almırlar. Bu cür yanaşma Avropa Parlamentinin və Avropa İttifaqının dondurulmuş münaqişələrin həlli ilə bağlı səylərinə mane olur və kölgə salır. Çünki Avropa Parlamenti öz sənədlərində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sizdən Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrində qeyd olunan prinsiplərə sadiqlik nümayiş etdirərək, bu tədbirlərə qatılmamağınızı xahiş edirik.

Eyni zamanda bu gün – fevral ayının 26-da Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunur. Bildiyiniz kimi, bu, 26 il əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. İşğal nəticəsində, 613 dinc sakin həlak olmuş, 1275 nəfər əsir götürülmüşdür. Bir daha təəssüf hissi ilə qeyd edirik ki, Avropa Parlamenti Xocalı soyqırımına biganə qalır. Avropa Parlamentinin iclasları və tədbirlərində Xocalı soyqırımı haqqında müvafiq qətnamə qəbul edilməsi məsələsini qaldırmağa çağırırıq”.

COP29

www.yenicag.az

2755
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv